“Xocalının haqq səsini dünyaya çatdır!” adlı imzatoplama aksiyası keçiriləcək

xocalinin-haqq-sesini-dunyaya-catdir-adli-imzatoplama-aksiyasi-kecirilecek
Oxunma sayı: 632

“Qafqazinfo”nun məlumatına görə, Park Bulvar AVM-də reallaşacaq tədbirdə imzalanmış elektron petisia bir sıra qabaqcıl dövlətlərin rəsmi orqanlarına və Azərbaycandakı səfirliklərinə təqdim olunacaq. Azərbaycan Dövlət İqtisad Universitetinin təşəbbüsü ilə baş tutan imzatoplama aksiyasının əsas məqsədi daha çox insanın Xocalı faciəsi haqda məlumatlandırılmasıdır. Müraciətdə “Xocalı Faciəsi”nin tarixi və Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dövründə ermənilərin törətdikləri vəhşiliklər əks olunub. İmzatoplama aksiyasına qoşulmaq istəyənlər Park Bulvar AVM-in 1-ci mərtəbəsində bunu edə bilərlər.
Nigar