Xocasəndə poçt işçisi bıçaqlandı

xocasende-poct-iscisi-bicaqlandi
Oxunma sayı: 1471

Bakıda poçta soyğun olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, avqustun 15-də Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində yerləşən poçt şöbəsinə girmiş şəxsiyyəti məlum olmayan 2 nəfər orada işləyən E.İsgəndərovu bıçaqla hədələyib pul verməsini tələb ediblər. Həmin şəxslər müqavimətlə rastlaşdıqlarından E. İsgəndərova bıçaqla xəsarət yetirib hadisə yerini tərk ediblər.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Babayev, Abşeron rayon sakinləri R.Layıçov və T.Əfəndizadə saxlanılıb.

H.Babayevdən 5,229 qram marixuana götürülüb. 

Faktla bağlı araşdırma aparılır.