“Qafqazinfo” segodnya.ua-ya istinadən xəbər verir ki, bu barədə L Equipe məlumat yayıb.
Məlumata görə, Fransada “Dunkerk” və “Reyms” xokkey komandaları arasında keçirilən matç zamanı şayba oyun meydançasından kənara çıxaraq 8 yaşlı uşağa dəyib. Ağır zədə alan uşaq dərhal xəstəxananın reanimasiya şöbəsinə çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə polis əməkdaşları tərəfindən araşdırılır.