Xorvatiya Avropa Birliyinə qəbul olundu

xorvatiya-avropa-birliyine-qebul-olundu
Oxunma sayı: 655

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, üzvlüklə bağlı sənədi AB-nin 27 üzvünün bütün hökumət və dövlət başçıları imzalayıblar. İmza mərasimində AB-nin sədri Xerman Van Rompey, Avropa Komissiyasından Joze Manuel Barozza və Avropa Parlamentindən Yeji Buzek və digər yüksək vəzifəli şəxslər iştirak edib. Xorvatiya tərəfindən sazişi prezident İvo Yosipoviç və baş nazir Yadranka Kosor imzalayıb. Razılaşmaya əsasən Xorvatiya 2013-cü il yanvarın birindən birliyin 28-ci üzvü olacaq.
Səidə