“Xorvatiya “Böyük Argentina”nı “öldürdü”” - Prosineçki

xorvatiya-boyuk-argentinani-oldurdu
Oxunma sayı: 1447

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Argentina – Xorvatiya (0:3) oyunu ilə bağlı açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, hazırda Bosniya və Herseqovina millisinin çalışdırıcısı olan mütəxəssis Xorvatiyanın “Böyük Argentina”nın “öldürdüyünü” bildirib:

“Xorvatiya möhtəşəm komandadır. Millimiz göstərdiyi oyunla 16 komanda arasında olmağa layiqdir. Komandada əla atmosfer yaranıb. Çox keyfiyyətli futbol ortaya qoyduq. Xorvatiya “Böyük Argentina”nı “öldürdü””.