Xorvatiya İspaniyanı məğlub etdi - Ümidini son tura saxladı + Video

xorvatiya-ispaniyani-meglub-etdi
Oxunma sayı: 2186

Millətlər Liqasında A liqasının 4-cü qrupunun 4-cü turunda Xorvatiya öz meydanında İspaniyanı qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, dünya çempionatının son finalçısı Xorvatiya güclü rəqibini son dəqiqələrdə vurduğu qolla 3:2 hesabı ilə məğlub etməyi bacarıb.

Bu qələbə sayəsində xalını 4-ə çatdıran Xorvatiya lider İspaniya ilə xal fərqini 2-yə endirib.

Xorvatiya qrupun son matçında eyni xala malik İngiltərə ilə qarşılaşacaq. Hər iki komandaya növbəti mərhələyə çıxmaq üçün qələbə lazımdır. İspaniya isə matçın bərabərə bitməsini gözləyəcək.

Xorvatiya - İspaniya - 3:2

Qollar: Kramariç, 54 (1:1), Seballos, 56 (1:1), Jedvay, 69  (2:1), Ramos, 78-pen (2:2), Jedvay, 90+3 (3:2)