Xorvatiya millisində ara qarışdı - Hücumçu komandadan qovuldu

xorvatiya-millisinde-ara-qarisdi
Oxunma sayı: 4484

DÇ-2018-ə qələbə ilə başlayan Xorvatiya millisində ara qarışıb.

“Qafqazinfo” xəbər verir ki, Nikola Kaliniç heyətdən kənarlaşdırılıb. Buna səbəb onun Nigeriya ilə oyunda (2:0) meydana daxil olmaq istəməməsidir. Matçın sonuna 5 dəqiqə qalmış baş məşqçi Zlatko Daliç Mario Mandjkuiçi Kaliniçlə əvəz etmək istəyib. Lakin 30 yaşlı hücumçu kürəyində ağrı olduğunu əsas gətirərək, meydana daxil olmaqdan imtina edib. Buna görə də, Mandjukiçin əvəzinə meydana Marko Pyatsa daxil olub.

Zlatko Daliç bu gün mətbuat konfransında açıqlamasında Kaliniçi yığmadan qovduğunu deyib. O, millidə pis atmosfer yaranmaması üçün belə addım atığını deyib.