Xorvatiya prezidenti Azərbaycanla oyunu şərh etdi

xorvatiya-prezidenti-azerbaycanla-oyunu-serh-etdi
Oxunma sayı: 2423

Xəbər verdiyimiz kimi, AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Xorvatiya yığması Azərbaycanı 2:1 hesabı ilə məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanı izləyənlər arasında Xorvatiyanın prezidenti Kolinda Qrabar-Kitaroviç də olub.

O, oyunla bağlı düşüncələrini bölüşüb:

“Daha yaxşı ola bilərdi, lakin seçmə mərhələnin ilk oyunu olduğu üçün problem deyil. Macarıstanla oyunda daha yaxşı və dinamik olacağımıza inanıram. Oyuna nəzarət etdiyimiz göründü, lakin çox qol şanslarını əldən verdik. Rəqibin arxada çox futbolçusu var idi. Onlar bütün oyunu öz hissələrində oynadılar və müdafiə olundular. Fikrimcə, bir az daha da aqressiv olmalıyıq. Hamınız bilirsiniz ki, hər zaman “Risk yoxdursa, qazanc da olmayacaq” fikirlərini söyləyirəm. Macarıstanla oyunda da tribunada olacağam və buna görə Budapeştə yollanacağam”.