Xorvatiyada etiraz aksiyaları davam edir

xorvatiyada-etiraz-aksiyalari-davam-edir
Oxunma sayı: 665

Xorvatiyanın paytaxtı Zaqrebdə etiraz aksiyaları səngimir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “HRT” televiziyası məlumat yayıb.

Məlumata əsasən, dövlət başçısı Kolinda Qrabar-Kitaroviçin dəvəti ilə Serbiya prezidenti Aleksandr Vuçiçin iki günlük rəsmi səfəri başlayıb. İnsanlar mərkəzi küçələrdə Serbiya dövlət başçısının səfərinə etiraz edirlər. Bununla bağlı təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb.

Nümayişçilər əllərində “Serbiya Xorvatiyada törədilən soyqırımı üçün cavab verməlidir” yazılı plakatlar, ölkə  və veteran təşkilatlarının bayraqlarını dalğalandırıblar.

Qeyd edək ki, iki ölkə arasında gərgin münasibətlər artıq bir neçə ildir davam edir.