Xorvatiyalı futbolçu rəsmən "Neftçi"də

xorvatiyali-futbolcu-resmen-neftcide
Oxunma sayı: 1803

Transfer çalışmalarını davam etdirən "Neftçi” daha bir futbolçu ilə heyətini gücləndirib.

"Qafqazinfo" xəbər verir ki, komanda xorvatiyalı yarımmüdafiəçi Qoran Paratski ilə müqavilə imzalayıb. 31 yaşlı yarımmüdafiəçi növbəti mövsümün sonuna qədər "Neftçi”nin uğurları üçün çalışacaq. Yeni futbolçu komandanın heyətində 6 nömrəli forma ilə mübarizə aparacaq.