“Xose və Dəryaya görə adımız narkoman çıxıb” - Anar Nağılbaz

xose-ve-deryaya-gore-adimiz-narkoman-cixib
Oxunma sayı: 3072

“Rəhmətlik Hüseyn Dərya və Elşad Xose tok-şouların birində dedilər ki, narkotik vasitədən istifadə etmişik”.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Baku.ws-ə müsahibəsində tanınmış reper Anar Nağılbaz deyib.

A. Nağılbaz bildirib ki, narkotik vasitədən istifadə etməyib:

“Rəhmətlik Hüseyn Dərya və Elşad Xose bizim sənət haqqında belə pis fikir yaratdılar ki, bunların işi-peşəsi elə bundan ibarətdir”.