Xoşqədəmin nəyi var? - “Əl çəkin!”

xosqedemin-neyi-var
Oxunma sayı: 655

"Əziyyət çəkdiyim layihələrimlə bağlı xoşagəlməz nəsə eşidəndə çox pis oluram. Qısqanclıq normaldır, amma belə rəqabət olmaz. Xüsusən də bir qadına. Bir qadın nə qədər döyülər, zərbə alar. Yazıq deyilmi?.. Əl çəkin! Əsas odur ki, vicdanım Allahın və çalışdığım insanların qarşısında təmizdir". 

“Qafqazinfo” Teleqraf.com-a istinadən bildirir ki, bu sözləri "Səni axtarıram" verilişinin canlı yayımında Xoşqədəm Hidayətqızı  deyib. 

Aparıcı onunla rəqabət aparan həmkarına səslənib: "Bu gün şəhərin bir neçə yerində evim, Qəbələdə villam, İçərişəhərdə obyektim yoxdur. Təmiz işləmişəm və təmiz işləməyə  davam edəcəm. Etmədiyim işi mənə deyə bilməzsiniz. "Xəzər" telekanalında bütün problemlərdən sığortalanmışam". 

Xoşqədəm Hidayətqızı bir müddət əvvəl ATV-dən qalmaqallı şəkildə ayrılıb.