“Xoxan”ın qala gecəsi oldu- - Fotolar

xoxanin-qala-gecesi-oldu-
Oxunma sayı: 3611


“Qafqazinfo”nun məlumatına görə, təqdimat mərasiminə filmin rejissoru Samir Kərimoğlu, baş rolları aktyorlar  Fərda Amin, Elməddin Cəfərov, Nigar İbrahimova, Şəhriyar Əbilov,Nərgiz Zamir  qatılıb. Filmdən sonra jurnalistlərin suallarını cavablandıran çəkiliş qrupu hər kəsə təşəkkür ediblər: 

“Filmin büdcəsi haqda məlumat vermək istəmirik. Çünki bu önəmli deyil. Hazırda ölkəmizə kinomuzun inkişafı lazımdır.  Biz çalışmalıyıq ki, kinomuz yenidən inkişaf etsin, insanlar həvəslə kinoteatrlara gəlib öz yerli filmlərimizi izləsinlər. Biz demirik ki, möhtəşəm film ərsəyə gətirmişik.  Təbii ki, qüsurlarımız da var.  Əsas odur ki, biz yerli filmlər çəkməyə başladıq, bir addım atdıq. Jurnalistlərdən də xahişimiz odur ki,  film haqqında insanları məlumatlandırsınlar. “Xoxan” dekabrın 11-dən kinoteatrlarda nümayiş olunmağa başlayacaq”

Qeyd edək ki, “Xoxan” filmi varlı bir qadının qızının bədəninə cin girməsindən bəhs edir. 

Könül