Xristian və müsəlmanlar arasında toqquşmalar olub - 22 ölüb, 36 yaralı

xristian-ve-muselmanlar-arasinda-toqqusmalar-olub
Oxunma sayı: 668

Mərkəzi Afrika Respublikasında xristian və müsəlman qruplaşmalar arasında toqquşma olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin ölkədəki missiyasının bəyanatında (MINUSCA) deyilir.

Məlumata əsasən Bria şəhərində xristian qruplaşması olan “Anti-Balaka” ilə müsəlman qruplaşması “Seleka” arasında toqquşmalar olub. Nəticədə azı 22 nəfər ölüb, daha 36 nəfər isə yaralanıb. Ölənlərdən 17-si nəfər dinc sakin olub.