Xristianlar İsrail əleyhinə bəyanat verdilər

xristianlar-israil-eleyhine-beyanat-verdiler
Oxunma sayı: 697

İslamazeri.az “maannews”-a istinadən xəbər verir ki, dünən Qüds şəhərindəki xristian kilsəsinin keşişləri İsrail rejimi əleyhinə birgə bəyanat qəbul ediblər.

Xristian ruhanilərin İsrailin əleyhinə çıxış etmələrinin səbəbi Qüds xristianlarının müqəddəs şənbə günü ərəfəsində Müqəddəs Spelçer kilsəsində təşkil etdikləri ibadət prosesinə və zəvvarlara qarşı İsrail polisi tərəfindən hücum edilməsi olub.

Bəyanatda qeyd edilir ki, müqəddəs şənbə günü xristian ruhanilərə, sıravi dindarlara və zəvvarlara qarşı sionist polisi olduqca kobud və zorakı hərəhət edib.

Bəyənatda israil hökumətindən zorakı basqını törədənlərin cəzalandırılması tələb edilib.

İsrail hökuməti xristian din xadimlərilə yanaşı, kilsədə olan misirli diplomatlara qarşı da zorakı hərəkətlərə yol verdiyi üçün Misir hökumətindən rəsmi üzrxahlıq edib.