Xuan Santos Venesuelaya hərbi müdaxilədən danışdı

xuan-santos-venesuelaya-herbi-mudaxileden-danisdi
Oxunma sayı: 1010

Kolumbiya prezidenti Xuan Manuel Santos Venesuelaya hərbi müdaxilədən danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” telekanalı məlumat yayıb.

O, Venesuela lideri Nikolas Maduro rejimini devirmək üçün mümkün hərbi müdaxilə barədə məsələnin Latın Amerikası ölkələrinin gündəliyində olmadığını bildirib.

“Biz bildiririk ki, mümkün hərbi müdaxilə heç bir Latın Amerikası ölkələri gündəliyində yoxdur. Bu yalnız vəziyyəti çətinləşdirə bilər”,-deyə prezident çıxışında söyləyib.

Eyni zamanda Kolumbiya rəhbəri bildirib ki, Karakasa təzyiq edərək venesuelalılara beynəlxalq birliyin dəstəyini göstərmək lazımdır.