Xuliqanlar əngəlli azarkeşin avtomobilini yandırdı - Fotolar

xuliqanlar-engelli-azarkesin-avtomobilini-yandirdi
Oxunma sayı: 1276

Belçika çempionatında “Brügge” və “Antverpen” arasında keçirilən matçdan öncə iki klubun azarkeşləri arasında küçədə gərginlik baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, xuliqanlar küçədəki mağazalara və avtomobillərə də zərər vurublar.

Zərər görənlərdə biri 51 yaşlı fiziki qüsurlu azarkeş Peter Depover olub. Gözödünmüş fanatlar onun avtomobilini tərs çevirərək yandırıblar.

Hadisədən sonra danışan Depover deyib ki, onun yeganə nəqliyyat vasitəsi həmin avtomobil olub. Avtomobil onun rahatlığını təmin etmək üçün xüsusi hazırlanıbmış.

Baş verən insidentdən sonra “Brügge” klubu zərər görmüş azarkeş üçün yardım kampaniyasına start verib və azarkeşləri dəstəyə çağırıb.