Xumar Qədimova toyda yerə yıxıldı - Video

xumar-qedimova-toyda-yere-yixildi
Oxunma sayı: 9115

Əməkdar artist Xumar Qədimovanın toyda başına iş gəlib.  “Qafqazinfo” xəbər verir ki, müğənni səhnədə mahnı oxuyarkən ayağı sürüşüb və yerə yıxılıb. 

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə xanım ifaçının anidən yerə yıxılması və ona kömək edən şəxs əks olunub. 

O, bir neçə gün bundan əvvəl Bakıda təşkil olunan el şənliklərindən birində çıxış edib.  Hətta əməkdar artist həmin məclisdən çəkilən görüntülərini instaqram səhifəsində də paylaşıb. 

Qeyd edək ki, videonu “Show News” yayıb.