“Xural”a demokrat dəstəyi

xurala-demokrat-desteyi
Oxunma sayı: 649

“Qafqazinfo”nun məlumatına görə, ADP bu hadisədən narahat olduğunu bildirib və azad mətbuatın susdurulmasına xidmət edən bu faktı qətiyyətlə pisləməklə baş verənlərin arxasında hakimiyyətin ölkədə söz, mətbuat və digər konstitusion azadlıqlara qarşı uzun zamandan bəri başlatdığı təzyiq və repressiya siyasətinin durduğunu diqqətə çatdırıb.

ADP bütün dünyada demokratik haqların, insan hüquq və azadlıqlarının qorunmasına yönələn cəhdlərin genişləndiyi və bu sahədə praktik addımların atıldığı bir vaxtda Azərbaycanda demokratiyanın, insan hüquq və azadlıqlarının, sərbəst toplaşma, söz və mətbuat azadlıqlarının kobud şəkildə pozulmasının yolverilməz olduğunu bildirib və hakimiyyəti konstitusiya və beynəlxalq öhdəliklər əleyhinə yönəlmiş bu cür addımlardan geri durmağa və “Xural” qəzetinə qarşı olan hökmün ləğv edilməsinə çağırıb.