“Xural”ın kollektivi Avropa Birliyində

xuralin-kollektivi-avropa-birliyinde-
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, siyasi, iqtisadiyyat, mətbuat və informasiya bölməsinin rəhbəri cənab Jerom Ponsa baş redaktor Əvəz Zeynallının həbsi, qəzetin gündəlik nəşrə başladıqdan sonra siyasi təzyiqlərlə üzləşməsi barədə ətraflı məlumat verilib. Həmçinin qeyd olunub ki, «Xural»ın çapına yaradılan maneələr, Prezident Aparatı tərəfindən mətbəələrə «Xural» qəzetini nəşr etməmək barədə verilən qeyri-qanuni göstərişlər bir daha sübut edir ki, baş redaktorun həbsində məqsəd daha bir azad söz məkanını susdurmaqdır: «Mətbəələr siyasi göstəriş əsasında «Xural» qəzetini çap etməkdən imtina etdikləri üçün biz yeni qəzet qeydə aldırmaq istəsək də, Ədliyyə Nazirliyi heç bir əsas göstərmədən və qanunvericiliyə zidd olaraq qeydiyyatdan imtina edir. Təəssüf ki, imtina barədə sənəd də təqdim olunmur ki, məhkəməyə müraciət edək».

Cənab Jerom Pons millət vəkili Gülər Əhmədovadan başqa istintaqa ifadə verənlər və son məhkəmə prosesləri ilə də maraqlanıb. «Xural» qəzetinin əməkdaşları istintaqın əlavə sübut tapmaq üçün müxtəlif iş adamlarına təzyiqlər göstərməsi ilə bağlı bilgi veriblər. Əvəz Zeynallı barədə həbs qəti-imkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi, «Xural» qəzetinin əmlakının qeyri-qanuni müsadirəsi və s. məhkəmə iddiaları Ponsun nəzərinə çatdırılıb. Rafiq Tağının qətli, Ə.Zeynallının və 2 aprelçilərin həbsinin timsalında Azərbaycanda söz azadlığına və insan haqlarına qarşı növbəti siyasi repressiyaların başlandığını vurğulayan «Xural» əməkdaşları Avropa Birliyini bu məsələlərə həssaslıqla yanaşmağa çağırıblar.

Cənab Pons Əvəz Zeynallının həbsinin Avropa Birliyi tərəfindən diqqətdə saxlandığını xatırladıb və söz azadlığının inkişafına dəstək verməyə hər zaman hazır olduqlarını bildirib.


Səidə