“Xüsusi təyinatlı” təqdim olunacaq

xususi-teyinatli-teqdim-olunacaq
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, "Xüsusi təyinatlı" fevralın 2-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması"nda (Nərimanov rayonu, Güllü Qədirbəyova küçəsi - 9) ictimaiyyətə təqdim olunacaq. Kitabın yazarı İbad Hüseynovun döyüş yoldaşı Sahib Şirinovdur. Millət vəkili Qənirə Paşayevanın "ön söz" yazdığı kitabın məsləhətçisi polkovnik Məhərrəm Cahangirov, redaktoru yazıçı-publisist Əkbər Qoşalıdır. Kitab "Elm və Təhsil" Nəşriyyatında işıq üzü görüb.

Qeyd edək ki, "Xüsusi təyinatlı"da göstərilən faktlar tam gerçəkliyi əks etdirir. Belə ki, hadisələrin canlı şahidlərinin kitabda yer alan fikirləri, Azərbaycan Müdafiə Nazirliyinin Arxiv İdarəsindən əldə olunmuş rəsmi "Arayış"larda da öz əksini tapıb. Tərtibçi-müəllifin müharibə, döyüşçü psixologiyası, Azərbaycanda ordu quruculuğu, Qarabağ həqiqətləri və s. barədə şəxsi fikirlərinin də verildiyi bu məqalələr və sənədlər toplusu, necə adlandırılmasından asılı olmayaraq zərurət, cəsarət və həqiqətdən irəli gəlib. Mətnləri müşahidə edən, müxtəlif illərdə çəkilmiş fotolar da kitaba özünəməxsus anlam verir. Habelə, bir döyüşçünün başqa bir döyüşçü haqqında könül dolusu məhəbbətlə, həqiqətsevərliklə qələmə aldığı kitab olması "Xüsusi təyinatlı"nın dəyərini artıran əsas amildir.

Sədan