Xüsusi təyinatlılar Saakaşvilinin qaldığı oteli basdı

xususi-teyinatlilar-saakasvilinin-qaldigi-oteli-basdi
Oxunma sayı: 1928

Ukrayna Təhlükəsizlik Qüvvələrinin xüsusi təyinatlıları Saakaşvilini saxlamaq üçün onun Kiyevdə qaldığı otelə gəliblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanın eks-prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin  silahdaşı David Sakvarelidze facebook hesabında məlumat verib. Onun sözlərinə görə, prezident Poroşenkonun tapşırığı ilə Kiyevdə yerləşən “Fairmont Grand Hotel”ə Saakaşvilini aparmaq üçün xüsusi təyinatlılar göndərilib.