Xüsusi xidmət orqanlarının bazasına hücum, 18 nəfər ölüb

xususi-xidmet-orqanlarinin-bazasina-hucum-18-nefer-olub
Oxunma sayı: 728

Əfqanıstanın paytaxtı Kabilin qərbində partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, taliblərə məxsus bomba quraşdırılan avtomobil Əfqanıstan xüsusi xidmət orqanlarına məxsus bazanın yaxınlığında partladılıb. 

“Taliban” hərəkatının üç üzvü zərərsizləşdirilsə də, lakin sağ qalan dördüncü bombanı işə sala bilib. 

Partlayış zamanı 18 nəfər ölüb, 27 nəfər isə yaralanıb.