Xüsusi yerdə gizlədilən telefonlar tapıldı

xususi-yerde-gizledilen-telefonlar-tapildi
Oxunma sayı: 1197

Gürcüstündan Azərbaycanda qanunsuz yolla telefon gətirmək istəyən şəxs saxlanılıb.

“Qafqazinfo” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib. 

Yoxlama zamanı, avtomobilin yük bölməsində, xüsusi düzəldilmiş gizli saxlanc yerində 10 ədəd "Samsung Galaxy J3 Pro" markalı mobil telefon və aksesuarları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd