“Xütbə Vəsaiti peşəkarcasına hazırlanıb” – Elşad İskəndərov

xutbe-vesaiti-pesekarcasina-hazirlanib-elsad-iskenderov
Oxunma sayı: 654

“Qafqazinfo”nun məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsində keçirilən Xütbə vəsatinin təqdimat məsasimində Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri Elşad İskəndərov söyləyib. Komitə sədri bildirib ki, icmaların çoxsaylı tələblərinə cavab olduğu üçün QMİ-nin təşəbbüsü ilə hazırlanmış bu vəsait Komitədə ekspretizadan keçirilərək təsdiq edilib.

E. İskəndərov Xütbə vəsaitini yüksək qiymətləndirib: “Düşünürəm ki, Xütbə Vəsaiti – yüksək səviyyədə, peşəkarcasına hazırlanıb və bu münasibətlə müəllifləri təbrik edirik.”

Komitə sədri bu Xütbə vəsaitinin əhəmiyyətinə diqqət çəkib. Bildirib ki, tövsiyyə məcmuəsi olan vəsait cəmiyyətdə milli-mənəvi dəyərlərimizin düzgün təbliğinə, cəmiyyətin mənəvi ehtiyaclarını ödənilməsinə xidmət edəcək. “Sevindirici haldır ki, Vəsaitdə dövlətçilik və vətənpərvərlik istiqamətində olan mövzulara geniş yer ayrılıb və dindar camiəmizin məhz bu istiqamətdə yetişdirilməsinə, cəmiyyətin və dövlətin layiqli vətəndaşları olmasına yönəlibdir” E. İskəndərov əlavə edib.