“Yadplanetli deyiləm, buna sübutum da var” - Putin

yadplanetli-deyilem-buna-subutum-da-var
Oxunma sayı: 2425

Canlı efirdə sualları cavablandıran Rusiya prezidenti Vladimir Putin özünün yadplanetli mənşəyi haqda dedi-qodularla bağlı açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, Putin yadplanetli olmadığını və buna kifayət qədər sübutunun olduğunu deyib:

“Mənim sübutlarım və doğmalarımın, yaxınlarımın, ən nəhayət, uşaqlarımın timsalında şahidlərim var ki, mən yadplanetli deyiləm”.

Putin “prezident olmaqdan bezmədinizmi” sualına isə belə cavab verib:

“Mən prezident olmaqdan bezməmişəm. Bezsəydim, növbəti müddət üçün namizədliyimi irəli sürməzdim”.