Yağış 66 can aldı - Fotolar

yagis-66-can-aldi
Oxunma sayı: 2319

Hindistanda baş verən leysan nəticəsində təkcə iki vilayətdə 66 nəfər ölüb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Kerala və Karnataka əyalətlərində leysan xarakterli yağışlar sel və torpaq sürüşməsinə səbəb olub.

Vayanad əyalətində çay sahəsində baş verən sürüşmə zamanı torpaq altında qalanlardan 7-i qurtarılıb, 15 nəfərin isə axtarışları davam etdilir. 

Ümumilikdə isə bölgədə 125 min sakin üçün 1111 çadır quraşdırılıb. 

Qeyd edək ki, keçən ay Hindistan, Nepal və Bangladeşdə baş verən leysan fəlakətində 160 nəfər həyatını itirib.