Yağış da yağacaq

yagis-da-yagacaq
Oxunma sayı: 647

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Qafqazinfo-ya verilən məlumatına görə, axşama doğru şimal-qərb küləyi mülayimləşəcək. Havanın temperaturu gecə 17-20, gündüz 22-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, gündüz qərb rayonlarından başlayaraq yağış tədricən kəsiləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz: Sentyabrın 27-dən 28-nə keçən gecə Bakıda və Abşeron yarımadasında hava şəraitinin qısa müddətə dəyişkənliyini bəzi meteohəssas insanlar hiss etsə də, 28-i gündüz və 29-da xəzridən sonra oksigenlə daha zəngin, təmiz, mülayim payız havası meteohəssas insanlar üçün əlverişlidir.