Yağış davam edəcək

yagis-davam-edecek
Oxunma sayı: 649

Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 8-10 dərəcə, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da sabah əsasən səhər və axşam bəzi yerlərdə yağış, dağlıq rayonlarda az qar yağacağı, Lənkəran-Astara bölgəsində isə intensiv yağıntıların davam edəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9 dərəcə, gündüz 10-15 dərəcə, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 9-14 dərəcə şaxta təşkil edəcək.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, tutqun və rütubətli hava şəraitinin davam etməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Nigar Məmmədli