Yağış gözlənilir

yagis-gozlenilir
Oxunma sayı: 651

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi gündüz arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturunun gecə 6-8, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da sabah arabir yağış yağacağı, dağlıq ərazilərdə yağışın sulu qara, qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8, gündüz 9-14, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 27-28-də Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Nigar Məmmədli