Yağış Lənkəran və Astarada fəsadlar törədib - FHN məlumat yaydı

Yağış Lənkəran və Astarada fəsadlar törədib
Oxunma sayı: 680

Fövqəladə Hallar Nazirliyi (FHN) yağışların Lənkəran və Astarada törətdiyi fəsadlarla bağlı məlumat yayıb.
 
“Qafqazinfo”nun nazirliyin saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, son günlər yağan intensiv yağışlar nəticəsində Lənkəran və Astara rayonlarının bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub. Eyni zamanda, Lənkəran çayında suyun səviyyəsi artıb.
 
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Cənub Regional Mərkəzinin canlı qüvvə və texnikası müvafiq xilasetmə işlərinin aparılması üçün yağıntı suları ilə dolmuş ərazilərə cəlb olunub.

Əlavə məlumat veriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi