Yağış olacaq

yagis-olacaq
Oxunma sayı: 646

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, günün ikinci yrısında isə havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 dərəcə, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Oktyabrın 9-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin oktyabrın 8-dən 9-a keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Gecə 13-18, gündüz 20-25 isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 8-də hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 9-da hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.