Yağış vaxtı tıxac olanda polis nə edir? - Açıqlama

Yağış vaxtı tıxac olanda polis nə edir?
Oxunma sayı: 1947

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov yağışlı hava şəraiti ilə əlaqədar hazırda yollarda müşahidə edilən vəziyyətdən danışıb.  

O “Qafqazinfo”ya açıqlamasında bildirib ki, son günlər yağışın yağması yollarda müəyyən problemlər yaradıb: “Küçələrdə yağış sularının yaratdığı problemlər və bəzi texniki vasitələrdə, yəni svetaforlarda yaranan texniki nasazlıq müəyyən istiqamətlər üzrə nəqliyyat axınında sıxlıq yaradıb. Yağmurlu hava şəraitində sürücülər minimum sürət həddini seçir. Bununla əlaqədar süni sıxlıq yaşanır. Hər halda əməkdaşlarımız tərəfindən  görülmüş tədbirlər nəticəsində bütün istiqamətlər üzrə hərəkət təşkil olunub.  Eyni zamanda sürücülərə xəbərdarlıqlar edilib. 

Bir daha sürücülər müraciət edirəm ki, yağış yağarkən müəyyən texniki vasitələrdə nasazlıq yarandığı zaman daha diqqətli olsunlar. Yolayrıcılarının keçmə qaydalarının tələblərinə daha düzgün riayət etsinlər.  Yəni svetafor işləmirsə, o yol artıq nizamlanmayan yolayrıcı hesab edilir. Yolayrıcında hərəkət üstünlüyü qoyulmuş nişanlara uyğun aparılmalıdır. Əgər bu ərazilərdə yol nişanları yoxdursa, o zaman sağdan yaxınlaşmalı olan nəqliyyat vasitələrinin hərəkətinə üstünlük verilməlidir.

Sürücü hansı yolla hərəkət etdiyini bilmirsə, o ikinci dərəcəli yolda hərəkət edən avtomobil sürücülərinin hərəkətinin davam etməsinə şərait yaratmalıdır. 

Bəzi ərazilərdə yağış suları gölməçə yaratdığı üçün su axınının düzgün axması üçün drenajorların da qoyulması üçün göstəriş verilib. 

Doğrudan da son 3 gündə normadan artıq yağış yağdığından problemlər həqiqətən olub.  Hazırda Bakı şəhəri üzrə bütün istiqamətlərdə  nəqliyyat axınının hərəkəti  bərpa edilib.  

Yeganə olaraq Rəsulzadə qəsəbəsindən Binəqədi istiqamətində olan ərazidə kommunikasiya xəttlərinin çəkilməsi ilə bağlı  problem var. Əgər hava şəraiti imkan verərsə, həmin ərazidə asfalt çəkiləcək. Bu zaman da sürücülərə məlumat veriləcək”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi