Yağış yağacaq

yagis-yagacaq
Oxunma sayı: 643

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz isə 60-70 faiz olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sabah yağış yağacağı ehtimalı var. Temperaturun gecə 17-22°, gündüz 29-34° isti olacağı gözlənilir.