Yağış yağacaq

yagis-yagacaq
Oxunma sayı: 647

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14 dərəcə, gündüz 15-19 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin axşam arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11 dərəcə, gündüz 18-23 dərəcə, dağlarda gecə 2-7 dərəcə, gündüz 9-14 dərəcə isti təşkil edəcək.