Yağışdan sonra çaylardakı son durum

Yağışdan sonra çaylardakı son durum
Oxunma sayı: 926

Azərbaycanda bu gün axşam və sabah səhərdən artım müşahidə edilən çayların suyunun səviyyəsində enmə başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, bu gün səhər Kür çayının yuxarı hissəsində suyun səviyyəsi 16 sm, Qanıx çayının yuxarı hissəsində 4 sm artıb.

Bu artımın elə də böyük olmadığını deyən baş hidroloq qeyd edib ki, Kiçik Qafqazın şimal-şərq yamacından axan Zəyəmçayda suyun səviyyəsi 5 sm artıb, Kürəkçayda, Gəncəçayda 2 sm azalıb. Böyük Qafqaz dağlarından axan Qudyalçayda suyun səviyyəsi 1, Vəlvələçayda 6 sm azalıb.

A.Verdiyev deyib ki, dünən axşam Lənkəran-Astara bölgəsində axan Viləşçayda suyun səviyyəsində kəskin artım olub. Səhər saatlarında isə çayda suyun səviyyəsində 70 sm azalma qeydə alınıb. Bu bölgədəki Lənkərançayda isə suyun səviyyəsi 20 sm artıb.

Çaylarda suyun səviyyəsinin artmasının son günlər yağan yağıntılarla əlaqədar olduğunu deyən A.Verdiyev əlavə edib ki, oktyabr-noyabr ayı Lənkəran-Astara bölgəsinə ən çox yağıntıların düşdüyü vaxtdır. Bu bölgə üçün belə yağışların düşməsi hazırkı dövr üçün xarakterikdir:
"Lənkəran-Astara bölgəsində çaylarda suyun səviyyəsi bundan da yüksək olub. Əvvəlki illərdə də sentyabr-oktyabr aylarında bu çaylarda suyun səviyyəsinin yüksəlməsi ilə əlaqədar subasma hadisələri olub".

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi məlumata görə, Lənkəran və Astara çaylarında suyun səviyyəsi artdığından Lənkəran və Astarada fərdi evləri su basıb, 367 nəfər təhlükəsiz yerlərə təxliyə edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi