Yağışın dağıtdığı yol bərpa edildi

yagisin-dagitdigi-yol-berpa-edildi
Oxunma sayı: 652

İntensiv yağan yağışlar nəticəsində sürüşmə baş vermiş Masallı-Yardımlı avtomobil yolunun 17-ci kilometrlik hissəsi bərpa olunaraq sürücülərin istifadəsinə verilib.

“Qafqazinfo” “Azəravtoyol” ASC-nin saytına istinadən xəbər verir ki, aparılmış bərpa işləri çərçivəsində yolun çökmüş hissəyə xüsusi material tökülərək kipləşdirmə işləri aparılıb. Kipləşdimə işlərindən sonra yola 2 qat olmaqla (7+5 sm) yeni asfalt-beton örtüyü döşənib. Ümümilikdə sözügedən hissənin 1750 m2 sahəsi asfaltlanıb.

Xatırladaq ki, Masallı-Yardımlı avtomobil yolunun 17-ci km-də sürüşmə hadisəsi 2015-ci ilin sonlarında baş verib. Həmin vaxt sürüşən yola paralel olaraq 400 metr uzunluğunda alternativ yol salınmışdı.