Yağışın yaratdığı problem

yagisin-yaratdigi-problem
Oxunma sayı: 647

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev çərşənbə axşamı Trend-ə deyib ki, iyulun 18, 19, 20-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. İyulun 20-də yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq. Yaxın 3 gün ərzində hava küləkli keçəcək. Şimal-qərb küləyi arabir güclənəcək.

İyulun 20-də gündüz külək mülayimləşəcək. İyulun 18-də havanın temperaturu gündüz saatlarında 30-35, 19-da 27-34, 20-də 25-30 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində iyulun 18-də hava əsasən yağmursuz keçəcək. İyulun 19-da axşam, 20-də gecə və axşam rayonlarda şimşək çaxacaq, yağış yağacaq. Bəzi dağlıq və dağətəyi rayonlarda yağışın leysan xarakterli olacağı gözlənilir.

İyulun 18-də Aran rayonlarında havanın temperaturu 32-37, dağlarda 22-27, iyulun 19-20-də Aran rayonlarında havanın temperaturu 27-32, dağlarda 19-24 dərəcə isti olacaq.

İlkin proqnozlara görə, iyulun 23-dən ölkə ərazisində yenidən havanın temperaturu yüksələcək.