Yağışlı hava kimə düşəcək?

yagisli-hava-kime-dusecek
Oxunma sayı: 643

“Qafqazinfo” xəbər verir ki, “Xəzər Lənkəran” “Bakı”nı, “Qarabağ” isə “Neftçi” ni qonaq edəcək. İlk oyunda paytaxtda minimal hesabla “Bakı”ya məğlub olan “Xəzər Lənkəran” ın Avro Liqa ümidlərini sxalamaq istəyirsə, bu günkü qarşılaşmada “Bakı”nı mübarizədən kənarlaşdırmalıdır. Günün ən maraqlı, ən gərgin görüşü isə “Qarabağ” la “Neftçi” arasında oynanılacaq. İlk matçda 2-1 hesabı ilə qələbə qazananan “Neftçi” nin bu gün vəziyyəti elə də yaxşı olmayacaq. “Qarabağ” final yolundakı maneni aradan qaldırmaq üçün var gücünü ortaya qoyacaq.

Saat 19:00
“Xəzər Lənkəran”-“Bakı” Lənkəran Şəhər stadionu (ilk oyun 0-1)

Saat 21:00
“Qarabağ” – “Neftçi” “Tofiq Bəhramov adına Respublika stadion”u (ilk oyun 1-2)

İqbal