"Yahoo"ya yeni rəhbər seçildi

yahooya-yeni-rehber-secildi
Oxunma sayı: 643

Bu, digər internet-şirkəti "Google"-un top-meneceri Marissa Mayerdir. O, bu vaxtadək "Google" korporasiyasının vitse-prezidenti vəzifəsində çalışırdı. Şirkətdə mühəndis vəzifəsində işə başlayaraq, az bir vaxtda yüksək vəzifələrə qalxıb və 10 illik iş həyatı sayəsində multimilyonçuya çevrilib.

Qeyd edək ki, son vaxtlar "Yahoo" şirkəti maliyyə çətinlikləri və şirkətdaxili ziddiyyətlərlə gündəmə gəlir. Son 5 ildə şirkət artıq 5-ci rəhbərini dəyişir.