Yalançı Şəhid ailəsi statusu ilə bağlı cinayət işi açıldı

yalanci-sehid-ailesi-statusu-ile-bagli-cinayet-isi-acildi
Oxunma sayı: 1611


Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, araşdırmalar zamanı Bakı şəhər sakini Əsli Həsənovanın 1992-ci ildə  Rusiya Federasiyasında odlu silahla qətlə yetirilmiş ərinin guya Qarabağ uğrunda döyüşlərdə həlak olması barədə saxta sənədlər əldə edərək 2007-ci ildə “Şəhid ailəsi” statusu almaqla həmin vaxtdan 2014-cü ilin yanvar ayınadək Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən qanunsuz olaraq 4.435 manat məbləğində sosial müavinət almasında şübhələr üçün əsaslar olduğundan  fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. 

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.