“Yalançı titullara heç ehtiyacım yoxdur”- - Nazpəri

yalanci-titullara-hec-ehtiyacim-yoxdur-
Oxunma sayı: 1965


“Bir şeyi istəyirəm biləsiniz, mənim üçün əziz olan atamın, anamın verdiyi Nazpəri adıdır. Onu şərəflə, ləyaqətlə daşıyıram. Mənim üçün önəmli olan ölməz prezidentimiz, ulu öndərimiz Heydər Əliyevin imzası altında aldığım əməkdar artist adıdır. Mənim üçün önəmli olan prezidentimiz İlham Əliyevin imzası altında aldığım xalq artisti adıdır. Kimlərinsə yalançı titullarına heç ehtiyacım yoxdur. Mən o titulu həmin gün silmişəm. Elə bir şey ola bilməz”.

Qeyd edək ki, ötən il “Novruz” bayramı ərəfəsində  “Ümid var” verilişinin qonağı olan xalq artisti İlhamə Quliyeva Nazpəri Dostəliyevaya canlı yayımda “Şərqin nazlı pərisi” titulunu vermişdi.