“Yalançı vətənpərvərlik xortumu burula-burula çəkilib getdi”

yalanci-vetenperverlik-xortumu-burula-burula-cekilib-getdi
Oxunma sayı: 1390


“Qafqazinfo” deputatın sözügedən statusunu təqdim edir:

“Nə qədər sadəlövh insanlarıq! Heç nəyi dərininə analiz etmədən özümüz üçün xəyallar qururuq. Soçi görüşündən sonra sadə insanların da, medianın da suallarına təəccüblənməyə bilmirsən. Hamıda elə təsəvvür varmış ki, Putin prezidentləri ona görə çağırıbmış ki, bir neçə rayonu Ermənistandan alıb bizə versin və bizi də Avrasiya İttifaqına soxsun... 

Putin niyə bunu etməliydi ki? Tutaq ki, Putin Ermənistandan tələb etdi ki, işğal olunan bir neçə rayonu qaytar, Ermənistan da uşaq oyuncağı kimi götürdüyünü bizə qaytaracaq? Rusiya uzaqbaşı və ən yaxşı ehtimal kimi bizə təminat verər ki, Azərbaycan ordusu hücum etsə, onlar bilavasitə müdaxilə etməyəcək, o zaman yenə də savaşaraq torpağı almaq lazım gələcək. 

Müharibədən danışanların əksəriyyəti şüuraltında hansısa fövqəladə gücün və ya sehirli barmağın məsələni çözəcəyini daha çox düşünür. Ancaq sehirli heç nə baş verməyəcək, kim daha ağıllı və çalışqandırsa, prosesi də o uduşla tamamlayacaq. Cəbhə xəttindəki son gərginlik nəyi göstərdi - biz yenə də ani emosionallıqla, qısamüddətli ağrıkəsici ilə özümüzə təskinlik veririk. 

Az qala hamı bir-birini qandıraraq, "bir şad xəbər eşitmişəm, bir azdan deyəcəyəm" blefi ilə duyğularımızı işğal etdi. Sabahısı gün hamı yenidən real dünyaya qayıtdı. Yalançı vətənpərvərlik xortumu burula-burula çəkilib getdi. Bizə zəruri olan isə soyuqqanlı və peşəkar vətənsevərlikdir. Oysa müharibə uzun sürən bir prosesdir və əsas hədəfə çatmayana qədər, kiçik uduşların arxayınçılığına, sevincinə özünü qapdırmaq olmaz”.