Yalandan “3 bomba qoyulub” dedi, saxlanıldı

yalandan-3-bomba-qoyulub-dedi-saxlanildi
Oxunma sayı: 1091

Dekabrın 12-də saat 18 radələrində “102”yə mobil telefonla zəng vuran şəxs 3 ədəd bomba qoyulması barədə məlumat verib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb, lakin fakt təsdiqini tapmayıb. 

Polisə yalan məlumat verən şəxs - Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Həsənov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun ağır dərəcəli sərxoş vəziyyətdə olması da müəyyən edilib.

Araşdırma aparılır.