“Yalandan deyə bilmərəm ki, döyüşə gedərəm”

yalandan-deye-bilmerem-ki-doyuse-gederem
Oxunma sayı: 3306


Stilist Samir Əliyev (Samiraldo) cəbhə xəttində yaranmış gərginlikdən danışıb.

“Qafqazinfo”ya açıqlamasında stilist şou-biznesdən uzaqlaşdığını və yalnız cəbhədə baş verənlərlə maraqlandığını bildirib: 

“Şou-biznesdən uzaqlaşmışam, artıq məni maraqlandırmırlar. Kimin nə geyindiyi, nə etdiyini izləmirəm. İndi daha böyük dərdimiz var. Allah şəhidlərimizə rəhmət eləsin. Artıq bir həftədir kədər içindəyəm. Yalnız cəbhə ilə bağlı xəbərləri izləyirəm, İki saatdan bir internetə girib xəbərləri oxuyuram, televiziyada cəbhə ilə bağlı sujetləri izləyirəm. Mən ürəyiyumşaq, qəlbiqırıq insanam. Ölü görəndə hönkür-hönkür ağlayıram. Əsgərlikdə olmamışam. Yalandan deyə bilmərəm ki, mən də döyüşə  gedərəm. Yalandan özümü gözə soxmayacam Gedə bilmərəm. Yanımda kimsə yaralansa, şəhid olsa, ürəyim partlayar. 

İnanın ki, sosial şəbəkələrdə şəkil paylaşmağa da utanıram. Dua edirəm ki, hər şey yaxşı olsun, Allah əsgərlərimizi qorusun. Onların səyi nəticəsində biz Azərbaycanda rahat yaşayırıq”. 

Könül