Yalçın Rzazadə evə buraxıldı - Yenilənib

Yalçın Rzazadə evə buraxıldı
Oxunma sayı: 4260

Xalq artisti Yalçın Rzazadə xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, ürəyində və öd kisəsində problemlər yaranan ifaçının qanında zəhərlənmə olduğundan təcili olaraq xəstəxanaya çatdırılıb.

Mərkəzi Dənizçilər Xəstəxanasında müalicə olunan Xalq artistinin vəziyyəti ağırdır.

Son üç gündə üç xəstəxana dəyişən Y.Rzazadə hazırda həkimlərin ciddi nəzarətindədir.

***

“Qafqazinfo” Y. Rzazadənin səhhəti ilə maraqlanıb. Xəstəxanadan bildirilib ki, müğənni bu gün səhər saatlarında xəstəxanaya müraciət edib. Ambulator şəkildə müayinə olunub və gedib. O, hazırda xəstəxanada müalicə olunmur. Vəziyyəti də normal idi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi