Yalçın Rzazadə oğluna xeyir-dua verdi

yalcin-rzazade-ogluna-xeyir-dua-verdi
Oxunma sayı: 5777


Lent.az-a açıqlama verən müğənni bildirib ki, gələcəkdə oğlu yaxşı bir sənətçi olacaq: 

“Oğlumun bir ifaçı kimi tanınmasına kömək etmirəm, heç kimə ağız açmıram, bu, mənə yaraşmaz. Heç istəmirdim ki, o, müğənni olsun, amma oğlumun istəyinə qarışa bilmərəm. Bu, onun seçimidir. Mən bu sənətə gələnə qədər çox əziyyətlərdən keçmişəm. Dünyanın müxtəlif ölkələrində konsertim gerçəkləşməklə yanaşı, bir çox uğurlara imza atmışam. Amma bu yolda mənə kömək edən olmayıb. Hər şeyi özüm etmişəm. Ona görə də istəyirəm ki, oğlum hər şeyi özü əldə etsin. Əgər istedad varsa, özü irəli gedəcək, onun müğənni potensialı var,ən çətin klassik əsərlərimi öz repertuarına daxil edib. Hansı ki, o mahnıları hər ifaçı oxuya bilməz, çünki, çətin əsərlərdi. Ona bu çətin yolda uğurlarımı arzulayıb, ata kimi öz halallığımı verirəm”.

Qeyd edək ki, Y.Rzazadənin 3 övladı var. Mətin onun sonbeşiyidir. Mətin ötən ilin sentyabrın 27-də ailə qurub.