“Yalnız bir rəqibdən forma istəmişəm” - Messi

yalniz-bir-reqibden-forma-istemisem
Oxunma sayı: 633

“Barselona”nın hücumçusu Lionel Messi maraqlı açıqlaması ilə diqqət çəkib.

“Qafqazinfo” “Qol.az”a istinadən xəbər verir ki, argentinalı ulduz karyerası ərzində yalnız 1 dəfə rəqib futbolçudan formasını istədiyini bildirib:

“Mən digər futbolçularla forma dəyişmirəm. Yalnız 1 dəfə rəqibdən forma istəmişəm. Həmin oyunçu Zinəddin Zidan idi. Əksər hallarda meydanda olan argentinalılarla formamı dəyişirəm.

Quti 2 dəfə məndən forma dəyişməyi istəyib. Həm “Nou Kamp”da, həm də “Santyaqo Bernabeu”dakı görüşdən sonra. O hər zaman mənim haqqımda müsbət fikirlər səsləndirib”.