Yanacaq maşınında problem yolda sıxlıq yaratdı - Foto

yanacaq-masininda-problem-yolda-sixliq-yaratdi
Oxunma sayı: 1419

Bakıda yük maşınında yaranan problem yolda sıxlığa səbəb olub.

“Qafqazinfo”nun Bakı Nəqliyyat Agentliyinə istinadən məlumatına görə, Heydər Əliyev prospektində (Bağırov körpüsünün üzərində - “Koroğlu” m/st. istiqamətində) yanacaqdaşıyan avtomobildə texniki nasazlıq yaranıb.

Bu səbəbdən də Heydər Əliyev prospekti, kənar yol şəhər istiqamətində və yol ötürücüsünün üzərində nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb, sıxlıq müşahidə olunur.