Yanacaqdaşıyan maşının üstünə çıxaraq intihar etmək istədi

Yanacaqdaşıyan maşının üstünə çıxaraq intihar etmək istədi
Oxunma sayı: 596

İmişli rayonunda 1 nəfər yanacaqdaşıyan avtomobilin üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Əməliyyat başa çatıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi